Yanvarın 7-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun I və II kurs magistrantları “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər. Onlayn formada təşkil olunmuş imtahanda I kurs üzrə təhsil alan 5 magistrant “İnformasiya texnologiyalarının müasir problemləri”, II kursda təhsil alan 8 magistrant isə “Elmi tədqiqatlarda və təhsildə informasiya texnologiyalarından istifadə” fənnindən öz biliyini sınayıb.
İnstitutun magistraturasında digər fənlərdən imtahanlar isə 11, 15, 21 və 28 yanvar tarixlərində keçiriləcək.
Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 24 dekabr 2020-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, qış imtahan sessiyasının 2020-ci il dekabrın 30-dan 2021-ci il fevralın 2-dək onlayn formada keçirilməsi nəzərdə tutulmuşdur.