CeBIT 2015 - 30-cu Beynəlxalq informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər sərgisi öz işinə başladı 2015-03-16 11:23:37 / KONFRANSLAR

Bu gün Almaniyanın Hannover şəhərində dünyanın ən iri informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər sərgisi olan CeBIT 2015 öz işinə başlayıb. Deutsche Messe Hannover Sərgi Mərkəzində martın 20-dək davam edəcək tədbirin təşkilatçısı “Hannover Messe” şirkətidir.

 

expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, Hannoverdə 1986-cı ildən etibarən keçirilən sərgi bu il 8 istiqamət üzrə bölünəcək:

 

Müəssisə resurslarının planlaşdırılması və verilənlərin analizi

 

Korporativ kontentin idarə olunması

 

Veb və mobil həllər

 

İT-xidmətlər

 

Təhlükəsizlik

 

Kommunikasiyalar və şəbəkələr

 

İnfrastruktur və verilənlərin emalı mərkəzləri

 

Tədqiqat və innovasiyalar.

 

CeBIT 2015-in əsas seksiyaları:

 

İnformasiya texnologiyaları sahəsi (IT infrastructure)

 

Biznesin istiqamətləri (Business Process)

 

Kommunikasiyalar (Communications)

 

Telematika və naviqasiya

 

Nəqliyyat və logistika (Telematics & Navigation, Transport & Logistic)

 

İctimai istehlak sektoru (Public Sector Parc)

 

Alıcı və satıcılar arasında ticari vasitəçilik (Planet Reseller)

 

İnternet və mobil rabitə vasitələri sahəsində yeniliklər (Internet & Mobile Solutions)

 

Bank işi və maliyyə (Banking & Finance)

 

İstehlak elektronikası (Consumer Electronics)

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023