AMEA İnformasiya Texnologiyaları İnstitutunda 30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş onlayn elmi seminar keçiriləcək.
Tədbirdə “Müasir informasiya müharibəsi kontekstində milli geoinformasiya infrastrukturunun təhlükəsizliyi”, “Kiberfiziki sistemlərə hücumların aşkarlanması və analizi”, eləcə də “İnsan iştirakı olmadan fəaliyyət göstərən “ağıllı” sistemlərin təhlükəsizliyi” mövzularında məruzələr dinləniləcək.