13-28 aprel 2021-ci il tarixlərdə Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları keçiriləcək.
Ümummilli lider Heyder Əliyevin anadan olmasının 98-ci ildönümünün qeyd olunması ilə bağlı silsilə tədbirlər çərçivəsində keçiriləcək konfransda “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf”, “Neft-qaz geologiyası və mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi” mövzularında müzakirələr aparılacaq.
Tədbirlər ölkəmizdə və xaricdə müvafiq sahələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri və elmi-tədqiqat qurumlarının tələbə və gənc tədqiqatçılarına həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək üçün bir platforma rolunu oynayacaq. Həmçinin bu istiqamətdə təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə şərait yaradacaq. Konfrans Azərbaycan, rus və ingilis dillərində keçiriləcək.
Elmi konfranslarda iştirak etmək üçün məruzələri 11 yanvar 2021-ci il tarixinə qədər müvafiq tələblərə uyğun olaraq Bakı Ali Neft Məktəbinin internet səhifəsində (http://conference-bhos.az) elektron qeydiyyatdan keçməklə təqdim etmək lazımdır.