AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun 2-ci kurs magistrantlarının yeni tədris ilinə start verilib. Dərslər “Zoom Meeting” proqramı üzərindən onlayn formada keçirilir.
III semestrdə magistrantlara “Kompüter mühəndisliyi”, “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” və “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisasları üzrə Elmi tədqiqatlarda və təhsildə informasiya texnologiyalarından istifadə, İnformasiya cəmiyyətinin əsasları, Sistem və proseslərin kompüter modelləşdirilməsi, Verilənlərin intellektual analizi, Obyektyönümlü proqramlaşdırma, Maşın təlimi metodları, Etik hakinq metodları və Maşın təlimi metodları fənləri tədris olunacaq.
Qeyd edək ki, hazırda institutun magistratura pilləsi üzrə 2-ci kursda 8 nəfər təhsilini davam etdirir. Onların dissertasiyalarının may ayınadək tamamlanması üçün elmi rəhbərlərlə onlayn görüşlər keçirilib, elmi-tədqiqat işlərinin strukturu razılaşdırılıb, lazımi metodik vəsaitlərin elektron versiyaları magistrantlara göndərilib.