AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin xüsusi karantin rejimində yenidən təşkili ilə bağlı keçirilən onlayn iclasda institutun ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev bu barədə məlumat verib. O bildirib ki, Azərbaycanda COVID-19 virusunun yayılmağa başladığı və karantin rejiminin elan edildiyi ilk günlərdən etibarən institutda müəyyən qabaqlayıcı tədbirlər görülüb, iş otaqlarında və həyətdə xüsusi yuyucu maddələrlə dezinfeksiya işləri aparılıb.
O, AR Nazirlər Kabinetinin tələbləri və AMEA Rəyasət Heyətinin qərarlarına müvafiq olaraq, karantin rejimi müddətində qurumun Mühafizə Xidməti tərəfindən video-müşahidə sistemi vasitəsilə instituta giriş-çıxış məsələsinə nəzarət edildiyini vurğulayıb.
Ş.Mehdiyev, həmçinin qabaqlayıcı tədbirlər çərçivəsində institutun tibbi maskalar, antiseptik vasitələr və teplovizorlarla təchiz olunduğunu diqqətə çatdırıb.