İnstitutun əməkdaşı nüfuzlu jurnala rəyçi seçilib 2020-08-16 15:08:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova  nüfuzlu “Open Computer Science” jurnalına rəyçi seçilib.

Dünyanın “Scopus” və “Web of Science” kimi məşhur verilənlər bazaları tərəfindən indeksləşən “Open Computer Science” jurnalı alqoritmlər nəzəriyyəsi, süni intellekt, bioinformatika, şəbəkə və təhlükəsizlik sistemləri, proqramlaşdırma dilləri, sistem və proqram mühəndisliyi, kompüter elminin nəzər əsasları kimi istiqamətlərdə mühüm tədqiqat nəticələrini təqdim edir.

Qeyd edək ki, jurnal həm də “Inspec”,  “CNKI”, “DOAJ”, “EBSCO”, “Google Scholar”, “Microsoft Academic”  və s. tanınmış beynəlxalq bazalarda indeksləşir və referatlaşır.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Cite Score: 1.4

Index Copernicus Value: 97.86

SCImago Journal Rank: 0.183

Source Normalized Impact per Paper: 0.963

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024