Neft və qaz sənayesində böyük verilənlərin emalı üçün yeni arxitektur təklif edilib 2020-07-11 16:14:00 / YENİ NƏŞRLƏR

Nüfuzlu IGI Global beynəlxalq nəşriyyatına məxsus “International Journal of Hyperconnectivity and the Internet of Things” adlı jurnalda AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının məqaləsi dərc olunmuşdur.

Məqalənin müəllifləri institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov,  institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və institutun doktorantı Şəlalə Tahirzadədir.

“An Architecture for Big IoT Data Analytics in the Oil and Gas Industry” (“Neft-qaz sənayesində böyük ölçülü IOT verilənlərinin analitikasi üçün arxiktektur”) adlı məqalədə neft və qaz sənayesində böyük verilənlərin emalı üçün çoxsəviyyəli analiz arxitekturu təklif edilmişdir. Həmçinin neft və qaz sənayesində istehsal proseslərinin keyfiyyətinin yaxşılaşdırılması üçün IoT texnologiyaları araşdırılmış, sənaye proseslərinə tətbiqindən bəhs edilmişdir.

Qeyd edək ki, məqalə AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Əşyaların interneti texnologiyalarının neft-qaz sənayesində tətbiqinin araşdırılması” qrant layihəsi çərçivəsində hazırlanmışdır.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020