“CES 2020” beynəlxalq sərgisində nümayiş olunan cihazlardan biri də supermarketdə faydalı və zərərli qidaları müəyyən edə bilən “ağıllı” qolbaqlardır.
Cihaz barkodları skan edir və müxtəlif rəngli işıq diodunun köməyilə məhsulların insan orqanizminə pis və yaxşı təsirləri barədə məlumat verir.
Qidanın nə dərəcədə zərərli olub-olmaması insanın fərdi xüsusiyyətlərinə daxil olduğu üçün cihazın ötürdüyü siqnallar DNT testindən əldə edilən məlumatlara əsaslanır. Belə ki, “ağıllı” qolbaqdan istifadə etmək üçün hər bir insan əvvəlcə genetik məlumatları əldə etmək məqsədilə xüsusi testdən keçməlidir.
planet-today.ru saytının məlumatına görə, DNT testlərinin nəticələrində insanın hər hansı xəstəliyə meylliliyi ortaya çıxarsa, cihaz həmin şəxsə mütəxəssislər tərəfindən tövsiyə olunan zərərli, eyni zamanda faydalı məhsullar barədə siqnal ötürür.
İstifadəçilər üçün əsas problem testdən keçmək məqsədilə Londona getmələrindədir. Bunun səbəbi DnaNudge startapının Londonda yerləşməsidir. Mütəxəssislər yaxın gələcəkdə bu problemin həll olunacağını - test üçün biomaterialların poçt vasitəsilə göndərilməsinin mümkün olacağından əmindirlər.