01-03 iyul 2020-ci il tarixlərdə Türkiyənin İstanbul şəhərində Selçuk Universiteti və Bahçeşehir Universitetinin birgə təşkilatçılığı ilə 9-cu “Qabaqcıl texnologiyalar üzrə Beynəlxalq konfrans (9th International Conference on Advanced Technologies - ICAT'20) keçiriləcək.
Tədbirin keçirilməsində əsas məqsəd müvafiq istiqamətlər üzrə dünya universitetləri və elmi təşkilatlar arasında əməkdaşlığın formalaşmasını təmin etmək, eləcə də qabaqcıl təcrübə və elmi ideyaların yayılması, birgə elmi əsərlər, kitablar, monoqrafiyalar və jurnalların nəşri vasitəsilə elmi nailiyyətlərin əldə olunmasıdır.
Konfransın elm komitəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunu bu müəssisənin baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova təmsil edir.
Qeyd edək ki, konfransa təqdim olunmuş elmi əsərlər konfrans materiallarında dərc olunmaqla yanaşı, xüsusi maraq doğuran məqalələr “International Journal of Intelligent Systems and Applications in Engineering”, “International Journal of Applied Mathematics, Electronics and Computers”, “International Journal of Energy Applications and Technology”, “International Journal of Automotive Engineering and Technologies” və “Selcuk-Teknik Journal” kimi nüfuzlu jurnallarda nəşr olunacaq.