Proqramda üzv dövlətlər tərəfindən milli regional və subregional əsasda yeni layihələrin irəli sürülməsi nəzərdə tutulur.
Hər bir üzv ölkə İştirak Proqramına YUNESKO-nun mandatına uyğun gələn 7 layihə təqdim edə bilər. Üzv dövlətlər təqdim edəcəkləri layihələrdə YUNESKO proqramının 2020-2021-ci illər üzrə müəyyən edilmiş qlobal prioritetlərinə diqqət yetirməyə dəvət olunurlar.
Proqram çərçivəsində milli layihələrə 26 min, subregional və regionlararası layihələrə 28 min, regional layihələrə isə 38 min ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırılır. Layihələr YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən YUNESKO-ya təqdim ediləcək.
Maraqlanan şəxslər layihələri formalar üzrə hazırlayaraq 27 mart 2020-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə təqdim edə bilərlər.