AMEA və TÜBİTAK-ın layihə təklifləri üzrə növbəti seminar keçiriləcək 2020-02-21 17:02:00 / MÜHÜM HADİSƏLƏR

24 fevral 2020-ci il tarixində saat 10.00-da Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Protokolu üzrə Müştərək Proqram çərçivəsində layihə təklifləri ilə əlaqədar ikinci məlumatlandırma seminarı keçiriləcək. Seminarda müsabiqənin şərtləri və ərizə formasının doldurulması ilə əlaqəli ətraflı məlumat veriləcək.

Tədbirdə iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidir.

Ünvan: AMEA-nın Mərkəzi Elmi Kitabxanası (H.Cavid pr. 129, IV mərtəbə)

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020