Syerra-Leone dünyada ana ölümlərinin daha yüksək göstəricilərinin olduğu Qərbi Afrika respublikasıdır. Hökumətin 2017-ci ildə verdiyi hesabatda ölkədə hər 100000 uşağa görə 1.165 ana ölümü faktı qeydə alınıb.
Syerra-Leonedə bunun qarşısını almaq məqsədi ilə pilotsuz təyyarə dəhlizi açılıb. Bu tibbi xidmət dronları lazım olan səhiyyə tədarükünü ucqar ərazilərə vaxtında çatdırmaqla ölüm sayının əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilərlər.
“BBC News” telekanalının məlumatına görə, oksitosin ilə yüklənmiş dronlar təcrid olunmuş ərazilərə vaxtında çataraq anaların həyatını xilas etməkdə daha effektli hesab edilir. Onları 40 km məsafədən idarə etmək mümkündür.
“Biz fövqəladə hallara cavab vermə və fəlakətlərin azaldılması, eləcə də ölkə daxilində fövqəladə vəziyyətlərdə əlaqəni təmin etmək məsələlərinə cavabdehik. “UNİCEF” artıq Malavi, Vanuatu, Qazaxıstan və Namibiyada pilotsuz təyyarələr üçün dəhlizləri açıb,” – deyə “UNİCEF”in texnoloji inkişaf mütəxəssisi Şeyn Konnor qeyd edib.
Mütəxəssislər yaxın zamanlarda pilotsuz təyyarələr üçün daha çox dəhlizin açılacağını gözləyirlər.