“Xiaomi” çoxfunksiyalı gizli kamera detektoru istehsal edib 2020-02-12 11:50:00 / TEXNOLOJİ YENİLİKLƏR

Mənzil və otellərdə gizli kamera cihazları ən gözlənilməz yerlərdə quraşdırıla bilər. “Xiaomi”nin istehsal etdiyi yeni qadcet insanları gizli kameralardan qoruya biləcək.

“Smoovie” adlandırılan infraqırmızı detektor gizli kameraları aşkarlaya bilən çoxfunksiyalı cihazdır. Onları tapmaq üçün cihazın xüsusi gözü ilə ətrafa baxmaq kifayətdir. “Smoovie”nin köməyilə infraqırmızı işıq sayəsində bütün kamera linzaları aydın görünəcək.

4pda.ru saytının məlumatına görə, gizli kameraları axtarmaqdan əlavə, qadcet vibrasiya sensoru ilə təchiz olunub ki, bu da oğurluğun qarşısını almaq üçün istifadə etməyə imkan verir. Cihaz qapı dəstəyi, çanta kimi çox istifadə olunan əşyalara asıla bilər. Hər hansı hərəkət zamanı titrəmə yaranacaq və yüksək siqnal yayılmağa başlayacaq.

Mütəxəssislər Çində “Smoovie” çoxfunksiyalı infraqırmızı detektorun qiymətinin təxminən 14 dollar məbləğində olduğunu qeyd edirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024