Xəbər verdiyimiz kimi, bu yaxınlarda Bakıda keçirilən “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransı”nın (AICT 2019) “Kommunikasiya, şəbəkə və aparat təminatı” mövzusuna həsr olunan bölmə iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “CLOUDLET əsaslı mobil hesablama buludlarının arxitektur-texnoloji prinsiplərinin araşdırılması” adlı məruzə ilə çıxış edib.
Adıçəkilən konfransda təqdim olunan elmi məruzələr “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransının materialları”nda dərc olunub. Bu günlərdə həmin toplu IEEE Xplore kimi nüfuzlu elmi bazada indeksləşib və referatlaşıb (DOI: 10.1109 / AICT47866.2019).
Məqaləni buradan oxumaq mümkündür.