Hər il 7 fevral bütün dünyada Robototexnika Günü kimi qeyd olunur.
Məhz bu gün alim, elmin kütləviləşməsi təbliğatçısı, biokimyaçı, fantastik əsərlər müəllifi, yazıçı Ayzek Azimov robototexnikanın 3 əsas qanunu təqdim edib. A.Azimovun “Robototexnika Qanun”una görə, robot insana ziyan vura bilməz, ona xələl gəlməsinə rəvac verə bilməz. Həmçinin, robot insanın ona verdiyi bütün əmrlərə tabe olmalıdır.
edurobots.ru saytının məlumatına görə, robot hər zaman, hər yerdə “Qanun”unun 1-ci və 2-ci müddəalarında göstərilən məqamlara zidd olmayan hər bir vəziyyətdə özünü qorumalıdır.
Mütəxəssislərin fikrincə, robototexnika sahəsinə gənclərin və yeniyetmələrin marağı ildən-ilə artır. Həmçinin robototexnika, süni intellekt və “Deep Learning”ə həsr olunan çoxsaylı beynəlxalq və regional tədbirlər – konfrans və sərgilər keçirilir.
Xatırladaq ki, bu ilin may ayında AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” mövzusunda ümumrespublika elmi-praktiki konfransı keçiriləcək.