İnstitutun əməkdaşı nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb 2020-02-04 12:30:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova elmi ekspertiza fəaliyyətinə görə “Directory of Open Access Journals” (DOAJ) və “Google Scholar” kimi dünyaca məşhur verilənlər bazaları tərəfindən indeksləşən “The journal of Soft Computing in Civil Engeneering” (SCCE) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

SCCE 2017-ci ildə təsis edilmiş beynəlxalq səviyyəli açıq (onlayn) jurnaldır. Jurnalın əsas elmi istiqamətlərinə mülki mühəndislikdə yumşaq hesablama metodlarının tətbiqi, struktur mühəndisliyi, diaqnostika və sağlamlıq monitorinqi, hidrotexnika, geotexnika, nəqliyyat, ətraf mühit, sahil və okean mühəndisliyi daxildir. SCCE ildə 4 dəfə nəşr olunur.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

No. of Citations (WOS): 39

No. of Citations (Scopus): 64

Scopus h-index: 5

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024