Avropa Komissiyasının COST proqramına dair məlumatlandırma seminarı keçiriləcək 2020-01-30 15:40:00 / GÖRÜŞLƏR

Fevralın 6-da saat 10:00-da Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı - European Co-operation in Science and Technology) proqramının fəaliyyəti üzrə məlumatlandırma seminarı keçiriləcək.

Seminarda COST proqramında iştirak imkanları, layihələrə qoşulma, müraciətlərin hazırlanmasına dair COST Assosiasiyasının nümayəndəsi Judith Litjens tərəfindən ətraflı məlumat veriləcək.

Tədbir ingilis dilində keçiriləcək. Seminarda iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidir.

Ünvan: AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı şəh., H.Cavid pr. 129, IV mərtəbə

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020