Dünyanın ən böyük teleskopu Günəş səthinin müfəssəl şəklini çəkib 2020-01-30 10:00:00 / MARAQLI MƏLUMATLAR

Amerika Birləşmiş Ştatlarının Milli Elm Fondu (MEF) dünyanın ən böyük yerüstü teleskopu – “Daniel K. Inouye Solar Orbiter Telescope” vasitəsilə Günəş səthinin 30 km məsafədən əks olunan müfəssəl fotoşəkillərini çəkib.

MEF-in verdiyi məlumata görə, əldə olunan bu məlumatlar alimlərə Günəşin fəaliyyətini daha dərindən anlamağa və onun barəsində yeni biliklər əldə etməyə kömək edəcək.

Teleskopun çəkdiyi bu fotoşəkillərdə Günəş səthinin “qaynar” plazma ilə yaxınlaşması açıq-aydın görünür. “Dama-dama struktur”u onun içərisindən yuxarıya meyllənir, kənardan içəri tərəflərə doğru istiqamətlənir. Beləliklə, enerji periferik axın edir.

Mütəxəssislərin sözlərinə görə, adıçəkilən struktur təxminən ABŞ-ın Texas ştatının ölçüsündədir. O, isti, coşqun  qaz və ya plazmanın konvektiv kütlələrindən ibarətdir.

“Bizim artıq həmkarlarımızla birgə ortaq müşahidə və tədqiqat planlarımız var. Bu heyrətamiz araşdırma olacaq” – deyə İsveçrə Fiziki Meteoroloji Rəsədxanasının professoru Luiza Harra “BBC News” telekanalının Rusiya xidmətinə verdiyi müsahibəsində bildirib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024