Anime “Gundam”dan 18 metrlik robot qurulacaq 2020-01-30 11:00:00 / MARAQLI MƏLUMATLAR

Mühəndislər Yaponiyanın Yokohama şəhərinin limanında anime “Gundam”dan 18 metrlik nəhəng robot quracaqlar.

Robotun dizaynı bu janr tarixindəki ən uzun (epizod sayına görə) anime “Gundam”ın əsas personajının görünüşü ilə tamamilə uyğundur.

Robotun tarixi Yaponiyanın “Sunrise” studiyası tərəfindən hazırlanan bir çox televiziya şouları, “OVA” və bədii filmləri özündə cəmləşdirir. Transformerlər və digər populyar cizgi filmləri “Gundam” əsasında yaradılıb.

hightech.fm saytının məlumatına görə, “Gundam Factory”nin mühəndisləri “RX-78-2” robotunu hazırlayacaqlar. Onun çəkisi təxminən 24 ton təşkil edəcək. Robotun video təqdimatına əsasən, bir qolun uzunluğu təqribən 2 m, çəkisi 200 kq-dan çox olacaq.

Robot “Robot Operating System”in (ROS) açıq əməliyyat sistemi və Gazebo modelləşdirilməsi üçün proqram təminatından istifadə edərək hazırlanıb. Mühəndislər onun tammiqyaslı virtual surətini təqdim ediblər.

Qeyd edək ki, robotun nə vaxt tikiləcəyi və quraşdırılacağı hələ ki, dəqiqləşdirilməyib.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020