Yapon şirkəti “Kubota” fermerlərin işini əhəmiyyətli dərəcədə asanlaşdıra bilən sürücüsüz elektrik traktorunu nümayiş etdirib. “X tractor” adlı kənd təsərrüfatı maşını Kyoto şəhərində keçirilən sərgidə nümayiş olunub.
planet-today.ru saytının məlumatına görə, yapon kənd təsərrüfatı çətin günlər yaşayır, sənayedə kəskin iş qıtlığı qeyd olunur. Müxtəlif kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün hazırlanmış pilotsuz nəqliyyat vasitələrinin vəziyyəti düzəltməyə imkan verəcəyi güman edilir. Ən müasir texnologiyalar ilə zəngin olan “X tractor”un yaradıcıları da buna şübhə etmirlər.
“X tractor” müxtəlif sensorlar və kameralardan dünya haqqında məlumat alan güclü süni intellekt tərəfindən idarə olunur. Traktor geolokasiya sistemləri ilə təchiz olunub. O, ənənəvi və düyü tarlalarında avtonom olaraq hərəkət etmək, həm də geniş vəzifələrin öhdəsindən gəlmək imkanına malikdir. Yaradıcılarının qeyd etdikləri kimi, maşın havanı təhlil edərək əkin və ya məhsul yığmaq üçün sahəyə nə vaxt girəcəyini özü qərar verir.
Traktoru idarə edən tırtıl hərəkətvericiləri elektrik qüvvət qurğuları ilə birləşdirilsə də, onların parametrləri göstərilmir. Qeyd edək ki, traktorun yalnız günəş panellərindən alınan litium-ion batareyaları ilə təchiz olunduğu məlumdur.