Bu gün peyk məlumatlarından istifadə edərək avtomobilin və ya smartfonun yerini təyin edən naviqasiya tətbiqləri səyahətləri daha da asanlaşdırıb. Bu naviqasiya proqramları məkanı dəqiqliklə müəyyənləşdirə bilsələr də, avtomobilin hansı hərəkət zolağında olduğunu anlamaq üçün yetərli deyillər. Onlar çox zaman dörd yol ayırıcında yanlış məlumat verərək sürücülərin düzgün olmayan istiqamətdə hərəkət etmələrinə səbəb olurlar.
Massaçusets Texnologiya və Qətər Hesablama Elmi-Tədqiqat İnstitutlarının alimləri GPS naviqatorlarına qovşaqları və hərəkət zolaqlarını vaxtında dəyişdirməyə kömək edən neyroşəbəkə hazırlayıblar. Şəbəkə, həmçinin avtomobilin ağacların və ya binaların arxasında gizlədildiyi zaman da peyk görüntülərini “çəkə bilir”.
hightech.fm saytının məlumatına görə, sistem “RoadTagger” adlandırılıb. “RoadTagger” aparılan sınaqlar zamanı yollarla bağlı əlavə detalları, xüsusən də hərəkət zolaqlarının sayını dəqiq müəyyənləşdirə bilib. Bu məlumatlar sürücüləri zolaqların ayrılma və ya birləşməsi barədə əvvəlcədən xəbərdar edəcək.