25-26 yanvar tarixlərində Minskdə ikinci qış “ROBOLAB IT” - turniri keçirilib. Bu turnir robototexnika və proqramçı rütbəsi üçün mübarizə aparan 500-dən çox uşağı bir araya gətirib.
Turnirdə dörd yaşdan on beş yaşa qədər uşaqlar iştirak ediblər. Proqrama əsas və yaradıcılıq kateqoriyaları üzrə “LEGO Education WeDo” robototexnika yarışması daxil edilib. Burada turnir iştirakçılarının yaratdıqları güclü və çevik robotlar yarışıblar.
Robototexnika turniri çərçivəsində “LEGO Education EV3” yarışları da təşkil edilib. Bu yarışlarda isə zehni hesablamalar üçün təşkil edilən şoular yer alıb.
belta.by saytının məlumatına görə, “ROBOLAB”ın beynəlxalq maarifləndirici layihəsi ziyarətçilər üçün çoxsaylı əyləncə proqramları hazırlayıb. Eyni zamanda tamaşaçılar üçün robototexnika üzrə ustad dərsləri də keçirilib. Arzu edənlər aerodinamikanın əsaslarını öyrənə və kvadrokopter idarəetməsi üzrə master-klassda pilotluq edə, virtual əyləncə dünyasına daxil ola, eləcə də əl işlərinin hazırlanması üzrə tematik master-klass keçirə biliblər.
Mütəxəssislər qeyd edirlər ki, iki gün davam edən turnirdə 2 mindən çox insan iştirak edib.