Robotlara xəritə olmadan hərəkət etmək öyrədilib 2020-01-24 16:00:00 / MARAQLI MƏLUMATLAR

“Facebook” şirkəti robotlar üçün yeni süni intellekt hazırlayıb. Yenilik sayəsində onlar çəkilmiş marşrutdan yayınaraq xəritəsiz hərəkət etmək imkanı əldə ediblər.

Artıq robotlar tənzimləyicilər və ya ərazi üzrə oriyentirlərə əsasən xəritələr olmadan hərəkət edə bilirlər. Lakin xəritələr olmadan istiqamətləndirmə onlara yalnız əvvəlcədən təyin olunmuş marşrut üzrə hərəkət etməyə imkan verir. Robot yolunda maneə ilə qarşılaşdıqda istiqamətini dəyişə bilmir və ilişib qalır.

hightech.fm saytının məlumatına əsasən, “Facebook” mühəndisləri bu problemin həllini tapıblar. Sınaqlar zamanı robotları idarə etmək üçün yaratdıqları süni intellekt cihazların 99,9%-də təyinat nöqtələrinə çatmasına, 3%-də kənarlaşmasına imkan verib.

Tədqiqatçıların sözlərinə görə, bu, yolda yaranan maneələri keçmək üçün kifayətdir. Bundan əlavə, robotlar dərinlik sensoruna malik standart RGB-kamera, GPS və kompasla təchiz olunub.

Mühəndislər neyron şəbəkəsi təliminin xüsusi prosesini həyata keçirərək bu nəticəni əldə ediblər. Bu müddət ərzində süni intellekt ikinöqtəli naviqasiyanı təxminən 2,5 milyard addım irəli addımlamağı öyrənib

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024