AMEA və TÜBİTAK birgə müsabiqə elan edir 2020-01-24 11:00:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir.

Müsabiqə 11 dekabr 2019-cu il tarixindən 6 mart 2020-ci il tarixinə qədər qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.

Ətraflı məlumat və ərizə formaları bei.science.gov.az veb-səhifəsindən əldə edilə bilər.

Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.

Tel.: (+994 12) 492 34 46

E-mail: esmira.alirzayeva@science.az

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020