“Windows 10” biometrik parolları dəstəkləyəcək 2015-02-19 10:06:05 / KONFRANSLAR

“Windows 10” əməliyyat sistemi ilə işləyən fərdi kompüterə parolsuz giriş əldə etmək mümkün olacaq:  barmaq izi və ya gözün qüzehi qişasının skanı şifrəni əvəz edəcək.

“Microsoft” korporasiyası öz əməliyyat sisteminin gələcək versiyasında “FIDO” (“Fast Identification Online”, Sürətli Onlayn Eyniləşdirmə) standartını dəstəkləyəcəyini elan edib.

 

“ictnews” elektron xəbər xidmətinin məlumatına görə, bu standart “Windows 10” əməliyyat sistemi ilə işləyən kompüterlər və başqa qurğulara biometrik skanerlərin geniş çeşidi ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək. İstehsalçılar öz noutbuk və ya planşetlərinə barmaq izi ötürücüləri şəklində qoruma vasitəsi əlavə edə biləcəklər.

Qeyd edək ki, dünya üzrə kifayət qədər tanınmış standart olan “FIDO”nu yalnız “Microsoft” deyil, həm də “Google”, “PayPal” və “Bank of America” dəstəkləyir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024