Hər bir texnoloji yeniliyi “süni intellekt” adlandıra bilərikmi? 2020-01-22 11:45:00 / MARAQLI MƏLUMATLAR

Əksər menecerlər və marketoloqlar tozsoran, oyuncaq dəyişdirən robotlar, hətta mobil tariflərin seçilməsini süni intellekt növləri kimi təsnif edirlər. “Süni intellekt” termini sistemin məlumatları təhlil etdiyi və bunun əsasında “ağıllı” qərarlar qəbul etdiyi vəzifələrdə istifadə edilir.

    Vikipediya üçün süni intellekt

Vikipediyadan süni intellektin təyin olunması ulduz falı kimi mücərrəd və universaldır.

Süni intellekt, ağıllı maşınların, xüsusən də intellektual kompüter proqramlarının yaradılması elmidir.

İntellekt və ya ağıl yeni vəziyyətlərə uyğunlaşma, təcrübəyə, anlayışa əsaslanaraq öyrənmə və yaddasaxlama qabiliyyətindən ibarət olan psixoloji keyfiyyətdir. O, mücərrəd anlayışların və biliklərin insan mühitini idarə etmək üçün istifadəsinə əsaslanır.

Alimlər üçün süni intellekt

Dünya mütəxəssisləri arasında hələ də süni intellektin vahid ümumdünya tərifi yoxdur.

Moskva Fizika və Texnologiya İnstitutunun, İTMO Universiteti Danışıq Texnologiyaları Mərkəzinin, Sistem Təhlilləri İnstitutunun, müvafiq şirkət və korporasiyalardakı laboratoriyalar (məsələn, “Sberbank”, “Samsung”, “VKontakte”) və digər qurumların süni intellektin tədqiqatı ilə məşğul olduqları istiqamətlər araşdırılıb:

1)  Proqnozlaşdırıcı analitika - alqoritmlərin proqnoz verə biləcəyi məlumatların çıxarılması. Məsələn, Rusiyanın “Sberbank”ı kredit vermək qərarına gəldikdə, onların “Big Five” texnologiyası müştərinin sosial şəbəkələrini təhlil edir, psixoloji portret hazırlayır və onun etibarlılığını qiymətləndirir.

2)  Tövsiyə sistemləri - istifadəçi üçün obyektləri seçən alqoritmlərdir: məzmun, məhsullar və təkliflər.

3)  Kompüter görməsi və təsvirlərin tanınması kompüterlərə vizual dünyanı şərh edən və "başa salmağa" çalışan süni intellekt sahəsidir. Məsələn, pilotsuz nəqliyyat vasitələrində və ya “VKontakte”da insanları fotoşəkillərə görə tapan “FindClone” kimi xidmətlərdən istifadə olunur.

4)  Sintez, tanınma və nitqin  generasiyası - “Siri-i”, “Alice” və digər virtual köməkçilərin edə biləcəyi proseslərdir.

Süni intellekt və maşın təlimi

Süni zəka tez-tez maşın öyrənməklə qarışdırılır. Amma bu doğru deyil. “Machine Learning”in (ML) köməyi ilə məlumatları təhlil etmək və qərar vermək daha rahatdır. Məsələn, ml-alqoritm 98% ehtimal ilə şəkildəki şəxsin smartfon istifadəçisi olduğunu təxmin edir. Bununla da, telefonun kilidini açmaq mümkün olur.

Bəzi alimlər ML-i süni intellekt ilə bərabərləşdirmirlər. Onlar üçün süni intellekt, mənasız işləri yerinə yetirmək üçün bir maşının necə əldə ediləcəyi ilə bağlı araşdırma sahəsidir. Və ML, onları həll etməyə xidmət edən alqoritmlər sinfidir.

Snoblar üçün süni intellekt

Bəzi insanlar “ağıllı” əşyaları qəbul etmirlər. Onlar bu əşyalardan istənilən mövzuda danışmağı, hətta özləri ilə mübahisə etməyi də tələb edirlər. Onların fikrincə, süni intellekt istənilən suala cavab verməyə və bütün problemləri həll etməyə hazır olmalıdır.

habr.com saytının məlumatına görə, süni intellektin 2 növü var: güclü və ümumi süni intellekt.

Güclü süni intellekt nəzəriyyəsi kompüterlərin düşünmə və özlərini bir fərd kimi tanımaq qabiliyyətinə yiyələnmələrini təklif edir. Bu mərhələdə onların düşünmə prosesinin insanabənzər olmasına ehtiyac yoxdur.

Ümumi və ya “zəif” süni intellekt “güclü”lərdən konkret tapşırıqlar üçün yazılması ilə fərqlənir: məsələn, pilotsuz təyyarədə bir alqoritm yolu təhlil edir, digəri isə bu məlumatlara əsaslanaraq hara getmək lazım olduğunu başa düşür.

Marketoloqlar üçün süni intellekt

Menecerlər və marketoloqlar süni intellekti bütün “ağıllı” qurğulara tətbiq etmək niyyətindədirlər. Bu robotlar mənzilin ətrafında gəzə, işığı yandıra, alış-veriş zamanı məhsul seçə bilərlər.

Hazırda süni intellekt ilə bağlı aparılan müzakirələrdə “maşın öyrənmə alqoritmləri” anlayışından istifadə etmək və ya texnologiyanın süni intellekt alqoritmləri üzərində qurulduğunu söyləmək daha məqsədəuyğundur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024