Xərçəngin detallaşdırılmış rəqəmli xəritələri həkimə pasiyentlərin müalicəsinin nəticələrini daha yaxşı proqnozlaşdırmağa imkan verir. Süni intellekt alqoritmi sadəcə belə bir ətraflı araşdırma üçün vaxtı olmayan mütəxəssisin əl ilə qiymətləndirməsindən daha təsirli olur.
Texas Universitetinin cənubi-qərb tibb mərkəzinin alimləri rəqəmsal təsvirlərdə xərçəng hüceyrələrini təyin edən “ConvPath” adlı süni intellekt metodu hazırlayıblar. Süni intellekt hüceyrələrin müxtəlif növlərini təsnif edir və onların məkan bölgüsünü qiymətləndirir.
Sonuncu amil şiş böyüməsi və inkişafının xüsusiyyətlərini təyin etmək üçün olduqca əhəmiyyətlidir. Məkan bölgüsü xərçəng mərkəzinin mikromühit və orqanizmin immun reaksiyası ilə əlaqəsini göstərir.
hightech.plus saytının məlumatına əsasən, təsvirdə bu hüceyrələrin əl ilə eyniləşdirilməsi həkim üçün son dərəcə vaxt aparan prosesdir. Buna görə adətən yalnız ən çox təmsil olunan sahələr qiymətləndirilir. Bu yanaşma bəzi vacib detalların kənarda qala biləcəyini göstərir.
Süni intellekt bütün işləri avtomatik olaraq həyata keçirir və diaqnoz üçün xərçəng xəritəsini həkimə təqdim edir. Görüntüdə bu orta təbəqədir. Üst hissədə bir şişin görüntüsü, aşağı hissədə isə müxtəlif növ hüceyrələrin sxematik bölgüsü əks olunur.
Süni intellektin tətbiqi diaqnozun sürətini və dəqiqliyini artırır, ən effektiv müalicə planını seçməyə imkan verir.
Qeyd edək ki, bu günə qədər müəlliflər metodun klinik praktikada tətbiq olunmasının nə vaxta planlaşdırıldığını bildirməyiblər. “ConvPath” tətbiqi mütəxəssislərin yükünü azaldacaq, diaqnoz və müalicənin dəqiqliyini artıracaq.