“Xiaomi” smartfon formasında cib tərcüməçisi təqdim edib 2019-11-26 14:18:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Xiaomi” smartfon formasında cib tərcüməçisi təqdim edib26.11.2019    12:22 / Texnoloji yeniliklər

“Xiaomi” şirkəti tezliklə ucuz smartfon qiymətinə satışa çıxarılacaq portativ tərcüməçi hazırlayıb.

hi-tech.mail.ru saytının məlumatına əsasən, qurğu piksel sıxlığı 357 ppi olan 4,1 düymlük sensor displeylə təchiz edilib. 3000 milliamper/saat tutumunda batareya 5 saat ərzində fasiləsiz tərcümə rejimini təmin edir, gözləmə rejimində 19 saat işləyir.

Tərcüməçi danışan şəxsin istiqamətini avtomatik müəyyənləşdirərək, uzaq məsafədən səsin qəbulunu dəstəkləmək üçün eyni anda 6 mikrofondan istifadə edir. Qurğu sözləri tanıyaraq, onları tərcümə edir və ekranda göstərir.

Tərcüməçi 170 regionda istifadə olunan 18 dili dəstəkləyir. Cihaz əlavə olaraq 8 meqapiksellik kamera ilə təchiz edilib ki, onun vasitəsilə yazıları tərcümə etmək olar. Həmçinin qurğu faylların kompüter və ya smartfona ötürülməsi üçün “Wi-Fi” bağlantısını dəstəkləyir.

Noyabrın 26-da satışa çıxarılacaq qadcetin qiyməti 185 dollar təşkil edir.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024