“Cerebras Systems” şirkəti süni intellekt və maşın təlimi sahəsində hesablamalar üçün optimallaşdırılmış “dünyada ən sürətli” “CS-1” superkompüterini təqdim edib. O, ilk dəfə ABŞ-ın Arqon Milli Laboratoriyasında quraşdırılıb.
ABŞ Energetika Nazirliyinin tədqiqat mərkəzində 400 min nüvəyə malik olan sistem qara dəliklərin toqquşmalarını modelləşdirəcək, onkoloji xəstəliklərlə mübarizə üçün preparatların hazırlamasında kömək edəcək və kəllə-beyin travmalarının müalicəsinin daha effektiv metodlarının axtarışıyla məşğul olacaq.
hitech.vesti.ru saytının məlumatına görə, “Wafer Scale Engine”(WSE) mikrosxemi “CS-1”in əsas xüsusiyyətidir. “WSE”nin hər kristalında 400.000 süni intellekt nüvəsinə və 18 QB daxili SRAM-yaddaşa malik 1,2 trilyon tranzistor mövcuddur. Yaddaşın keçirtmə qabiliyyəti 9 Pbayt/s. təşkil edir.
“Cerebras Systems”in direktoru Endryu Feldmanın sözlərinə görə, “CS-1”in hər komponenti neyroşəbəkə ilə bağlı məsələləri həll etmək üçün sıfırdan layihələşdirilib. Bu daha az enerji istehlakı və tutulmuş fiziki məkan həcmi ilə daha yüksək məhsuldarlığı təmin edir.
“WSE” mikrosxemi ən böyük video sürətləndiricidən 56,7 dəfədə daha böyükdür və 78 dəfə çox hesablama nüvələrini özündə saxlayır. Feldman qeyd edib ki, “CS-1” süni intellekt sahəsində aylarla dəqiqələrlə davam edən məsələnin öhdəsindən gəlməyi bacaracaq və həftələrlə davam edən proses cəmi bir neçə saniyəyə həll olunacaq.