Rusiyada istehsal olunan “Promobot” robotu ilk dəfə mehmanxananın tam hüquqlu işçisi olub.
O, qonaqların qarşılanması, yerləşdirilməsi, açar kartların verilməsi və təhvil götürülməsi, eləcə də müştərilərin yola salınması vəzifəsini icra edib.
“Promobot” pasport məlumatlarının identifikasiyası və müəyyən bir nömrədən giriş kartlarının verilməsini nəzərdə tutan qeydiyyat sistemi ilə təchiz olunub. İnsanlar şəxsiyyəti təsdiq edən sənədi təqdim edir və bir neçə saniyədən sonra açarı götürə bilirlər. Layihə rəhbəri vurğulayıb ki, robot qeydiyyat prosesini daha sürətli edərək mehmanxana əməkdaşlarının işini yüngülləşdirir.
ferra.ru saytının məlumatına görə, cihaz müştərilər üçün nəqliyyat xidmətinə zəng etmək və onlara lazımi məsləhətlər vermək qabiliyyətinə də malikdir.
Mütəxəssislər qeyd edirlər ki, hazırda “Promobot” dünyanın 36 ölkəsində inzibatçı, təqdimatçı, məsləhətçi, bələdçi, eləcə də qapıçı vəzifəsində fəaliyyət göstərir.