“Xiaomi” şirkəti balıqlar üçün “ağıllı” akvarium hazırlayıb. Daha əvvəl şirkət bu kimi qurğular təqdim etsə də yeni model intellektual funksiyaların dəstəklənməsi çoxluğu ilə fərqlənir. Onlardan biri də balıqların avtomatik qidalanmasıdır.
4pda.ru saytının məlumatına görə, akvarium 15 və 30 litr həcmli iki versiyada hazırlanıb. İstənilən elementin sınması zamanı onu əvəz etməyə ehtiyac olmadan bütün konstruksiyanı almağa imkan verməsi onun modulluğunu ifadə edir və bu da akvarium üçün əhəmiyyətli xüsusiyyət hesab olunur. Əvvəlki versiyalarda olduğu kimi, yuxarıda bitki əkmək imkanları mövcuddur. Bitkilər daim rütubətli mühitdə olduğu üçün onlara su tökməyə ehtiyac yoxdur.
Xüsusi tənzimçi real zaman rejimi ilə suyun keyfiyyətinə nəzarət edir və dəyişdirmə vaxtı gəldikdə sahibin smartfonuna xəbərdarlıq göndərilir. Azot bakteriyalı biokimyəvi süzgəc lövhəsi və kvars qranulları olan mürəkkəb filtr sistemi mayenin təmizlənməsinə xidmət edir. Akvariumdakı balıq sayından asılı olaraq oksigen təchizatı tənzimlənir.
Akvariumun idarəçiliyi xüsusi mobil tətbiqetmə vasitəsi ilə həyata keçirilir. Bununla suyun istilik, oksigen təminatı, rəng və arxa işıq intensivliyini tənzimlək mümkündür. Akvariumun ən əlverişli xüsusiyyəti balığın avtomatik qidalanmasıdır. Bunun üçün xüsusi bölməyə yemi əvvəlcədən yerləşdirmək lazımdır.
Qeyd edək ki, Çində “Xiaomi” akvariumunun 15 litrlik versiyası 71, 30 litrlik variantı isə 100 dollara təklif edilir.