Robot futbol komandası yaradılıb 2019-11-14 17:13:00 / KONFRANSLAR

Massaçusets Texnologiya İnstitutu özünün şəhərciyində “Mini Cheetah” robot dəstəsinin gəzintisinin videosunu yayımlayıb. Avtomatik rejimdə və operatorların nəzarəti altında doqquz robotdan ibarət qrup robot şəhərciyin ətrafında gəzişib, futbol oynayıb və məşq ediblər.

Son bir neçə ildə “Cheetah” ailə robotları ciddi şəkildə inkişaf etdirilib. Onlar daha yüngül, yığcam və sərbəst hala gətiriliblər.

nanonewsnet.ru saytının məlumatına görə, bu qurğulara sıçrayış olmadan qaçmaq, maneələri kor-koranə aşmaq da öyrədilib.

Qeyd edək ki, institutunun mühəndisləri dörd ayaqlı “Mini Cheetah” robotunu mart ayında təqdim ediblər. Bu cihaz geri əyilmə edə, yüksəklikdən yıxıldıqda daha yumşaq şəkildə yerə eniş edə bilir, arxa tərəfə düşəndə isə yuvarlanır. Robotun kütləsi 9 kiloqramdır. O, saatda 8,8 kilometr sürətlə qaçmağı bacarır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024