Kanadalı həkimlər qrupu ilk dəfə robotdan istifadə edərək, anevrizmanın aradan qaldırılması üçün beyində əməliyyat həyata keçirib. Onların sözlərinə görə, robot texnologiyalarının tətbiqi insult və anevrizmadan əziyyət çəkən pasiyentlərin müalicəsinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
meddaily.ru saytının məlumatında bildirilir ki, əməliyyat edilən 64 yaşlı pasiyentdə anevrizmanın partlaması riski olub. 2 saat davam edən əməliyyatda Qərbi Toronto Hospitalının cərrahları inteqrasiya edilmiş naviqasiya ilə işləyən mikrokatetrin köməyilə qasıqda kiçik kəsik vasitəsilə bədənə və sonra beyinə keçiblər. İrəliləmə ciddi rentgen nəzarəti altında aparılıb.
Neyroradioloqlar arteriyanın bərpası, həmçinin anevrizmaya qan təchizatını kəsən sarğacların implantasiyası üçün stentin quraşdırılmasında robot sistemindən müvəffəqiyyətlə istifadə ediblər. Pasiyent əməliyyatdan sonrakı gün xəstəxanadan evə buraxılıb. Sistem işemik insult terapiyası üçün də istifadə oluna bilər.