“Veb-analitika: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb 2019-09-30 16:01:00 / KONFRANSLAR

“İnformasiya Texnologiyaları” nəşriyyatında “Veb-analitika: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Könül Daşdəmirova, elmi redaktoru isə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspress-informasiyada veb-analitika haqqında ətraflı məlumat verilib, veb-analitikanın mahiyyəti, müasir vəziyyəti və problemləri araşdırılaraq bu sahə üzrə aparılan elmi-nəzəri tədqiqatlar təhlil edilib. Eyni zamanda veb-analitika üzrə standartlar tədqiq olunub və bu sahə üzrə keçirilən konfranslar barədə məlumat verilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024