Rusiya Elmlər Akademiyası prezidentinin “В мире науки / Scientific American” jurnalında oxuculara müraciəti 2015-02-12 09:27:22 / KONFRANSLAR

“В мире науки / Scientific American” jurnalının cari ildə nəşr olunan ilk sayında Rusiya Elmlər Akademiyasının prezidenti və jurnalın baş redaktoru, akademik Vladimir Fortov oxuculara müraciət edərək Rusiya EA-nın 2014-cü ildə apardığı islahatlar haqqında məlumat verib. O, həmçinin oxucuların informasiyalaşdırılmasında jurnalın əhəmiyyətini vurğulayıb.

 

Akademik müasir elmin problemlərini də diqqətə çatdırıb: “Bizim vəzifəmiz elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün yaradılmış şəraitin yaxşılaşdırılması istiqamətində addımlar atmaqdır. Məlum olduğu kimi, alim üçün ideal yer 10 nobel laureatının işlədiyi yer deyil, həftənin 7 günü, sutkanın 24 saatı elmlə məşğul ola biləcəyi yerdir. Elmi yaradıcılığı idarə etmək olmaz, bütün nəhəng işlər bir dahi insanın beyninin məhsuludur. Ona görə də islahatların mərkəzində məmurlar deyil, elmə töhfə verən laboratoriya işçiləri dayanmalıdır. P.L.Kapitsanın da dediyi kimi, “rəhbərlik etmək - yaxşı işçilərə mane olmamaq deməkdir”.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024