İnternetin 50 illik tarixinə səyahət 2019-07-24 12:52:00 / MÜHÜM HADİSƏLƏR

İnternet dünyanı hiper əlaqəli “qlobal kənd”ə çevirən qlobal şəbəkə sistemidir. Bir əsr bundan əvvəl dünyanın müxtəlif ərazilərində insanların bir-biri ilə əlaqə qurması qeyri-mümkün görünürdü. Həmin dövrdə radio yeni texnologiya kimi insanların diqqət mərkəzində idi. Telefondan çox az istifadə olunurdu. Analoq xətlər əlaqəni çətinləşdirirdi. Bu səbəbdən keyfiyyət bugünkü genişzolaqlı keyfiyyətdən tamamilə uzaq idi.

ARPANET ilə İnternet texnologiyası bütün dünyada milyonlarla istifadəçi üçün əlçatan texnologiyaya çevrildi. İnternet haqqında daha bir maraqlı məlumat odur ki, onun bir ixtiraçısı yoxdur. Texnologiya həvəskarlarının böyük maraq göstərdikləri, böyük səylə iştirak etdikləri bu yenilik bütün dünya üçün kollektiv layihə idi.

Zaman keçdikcə İnternet öz əhatə dairəsini genişləndirdi. İlk domen 1985-ci ildə qeydə alındı. Beş il sonra İnternet istifadəçilərə ilk axtarış sistemlərini təqdim etdi. “Google”, “Yahoo”, “Bing” kimi axtarış sistemləri İnternetin istifadəçi bazasını artıran böyük bir irəliləyiş hesab olunurdu.

1994-cü ildə “Yahoo!” yarandı və bu, İnternet tarixində əlamətdar hadisə oldu.

4 il sonra İnternet tarixində ən böyük mərhələ başladı. “Google” şirkəti Larry Page və Sergey Brin tərəfindən təsis olundu. Bununla da İnternetin bugünkü durumunun əsası qoyuldu.

Lakin 2000-ci ildə İnternet ağır  dönəmdən keçdi. “Dot-com” (.com) qəzası minlərlə veb-sayt və onlardan asılı olan müəssisələrin sıradan çıxmasına səbəb oldu. Lakin bu çətin dövr uzun zaman davam etmədi. 2003-cü ildə “WordPress” saytının istifadəyə verilməsi istifadəçilərin bloq fəaliyyətini həvəskar hobbiyə çevirməsinə kömək etdi. Bu, rəqəmsal dövrdə kontent marketinqin ilkin forması idi.

Növbəti böyük dəyişiklik “Twitter”, “Facebook” və digər sosial media vasitələrinin meydana gəlməsi oldu. Bu gün İnterneti sosial media olmadan təsəvvür etmək mümkün deyil. Bu gün o, İnternetin sinoniminə çevrilib.

İnternetdəki növbəti böyük sıçrayış isə çatbotların yaranması oldu. Mobil tətbiqetmələr və veb-saytlar artıq çatbotlarla inteqrasiya ediblər. Çatbotlar real vaxt rejimində müştərilərin suallarını başa düşə və cavab verə bilən ağıllı proqramlardır. Onlar süni intellekt və maşın təlimi ilə əlaqəlidir.

curatti.com

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024