Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası işə başlayıb 2019-07-23 15:00:00 / MÜHÜM HADİSƏLƏR

4-11 avqust 2019-cu il tarixlərində Azərbaycanda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) Praktiki sessiyası işə başlayıb. Praktiki sessiyaya giriş üçün yarışma iştirakçılarına və komanda rəhbərlərinə elektron məktub göndərilib. Olimpiada iştirakçıları practice.ioi2019.azsaytında praktiki tapşırıqları həll edərək təcrübə toplaya bilərlər. Praktiki sessiya avqustun 4-dək istifadəçilər üçün açıq olacaq.

Bununla yanaşı, qısa zamanda canlı reytinq cədvəli də təqdim olunacaq. Bu qiymətləndirmə sistemi “IOI 2019” zamanı istifadə ediləcək. Buna görə də, bütün iştirakçılar mövcud praktiki məsələləri bu sistem vasitəsilə həll etməlidir.

Müsabiqə haqqında ətraflı məlumatı “IOI 2019”un rəsmi veb-saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasında 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz bu olimpiadadan bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

ioinformatics.org

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017