İnformasiya və rabitə xidmətlərinin dəyəri artıb 2019-07-18 12:34:00 / MARAQLI MƏLUMATLAR

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən informasiya və rabitə müəssisələri 999,8 mln. manatlıq xidmət göstərib ki, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub.

Xeberler.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018- ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,2%-i və ya 421,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% artıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024