AzScienceNet şəbəkəsində İnternet xidmətinin verilməsində yaranan fasilə ilə bağlı açıqlama 2019-07-12 13:24:00 / MÜHÜM HADİSƏLƏR

12 iyul 2019-cu il tarixində saat 02:13 radələrində qlobal İnternet provayderlərindən olan “Level 3” və “Geant” təşkilatının qoşulma nöqtələrində bu təşkilatların əməkdaşları tərəfindən aparılan quraşdırma işləri nəticəsində AzScienceNet şəbəkəsinin “Geant” təşkilatından gələn xəttində qırılma baş verib. Bunun nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra qurumlarına, o cümlədən AMEA Rəyasət Heyətinin inzibati binasına İnternet xidmətinin verilməsində fasilə yaranıb. Gecə saatlarında yaranan problem AzScienceNet şəbəkəsinin əməkdaşları tərəfindən dərhal aşkarlanıb və aidiyyatı təşkilatlar məsələdən xəbərdar edilib. Yaranan nasazlıq elə həmin tarixdə saat 12:06 radələrində aradan qaldırılıb.

Xatırladaq ki, “Geant” Avropanın Elm və Təhsil institutları arasında olan şəbəkənin qurucusu və həm də yeganə operatoru rolunu yerinə yetirən təşkilatdır. Bu təşkilat 10 mindən çox quruma və 50 milyondan çox istifadəçiyə xidmət göstərir. “Level 3” isə 5 ən böyük qlobal telekommunikasiya şirkətlərindən biri olan “Century Link” şirkətinin İnternet xidmətini həyata keçirən qoludur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024