AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin baş mütəxəssisi Oqtay Ələkbərovun “Mobil hesablama buludlarında meydana çıxan problemlər və həlli yolları” (Проблемы, возникающие в мобильных вычислительных облаках, и пути их решения) adlı məqaləsi “Телекоммуникации” jurnalında nəşr olunub.
Məqalədə bulud texnologiyaları əsasında yaradılan mobil hesablama buludlarının istifadəsində meydana çıxan problemlər və onun həlli yolları analiz olunub. Eyni zamanda, mobil hesablama buludlarının müxtəlif hissələrində yaranan problemlər tədqiq olunub. Naqilsiz şəhər miqyaslı şəbəkədə cloudlet-lər əsasında yaradılan mobil hesablama buludlarında xidmətlərdən səmərəli istifadəyə təsir göstərən kriteriyalar müəyyən edilib, qeyd edilən problemlərin həlli üçün nəzərdə tutulan strategiya işlənilib.