“3D Print Conference. Baku”nun keçirilməsinə 1 həftə qaldı 2015-02-06 09:58:21 / KONFRANSLAR

12 fevral 2015-ci il tarixdə Bakıda yerləşən Park Inn by Radisson otelində Azərbaycanda ilk dəfə olaraq qabaqcıl 3D-çap və skan texnologiyalarına həsr olunmuş konfrans keçiriləcək.

 

Tədbirdə alim, tədqiqatçı və mütəxəssislərlə yanaşı, Rusiya, Türkiyə, Tayland və Azərbaycan kimi ölkələrin çap texnologiyalarının inkişafi ilə maraqlanan nümayəndələri iştirak edəcəklər.

 

Konfransda innovasiya texnologiyalarının biznesdə effektiv tətbiqinin nümayişi məqsədilə məruzəçilərin çıxışı, master-klasların keçirilməsi və sərgi zonasının təşkili nəzərdə tutulur.

 

Konfrans spikerlərinin beynəlxalq komandasında Anton Vedeşin (ABŞ), Alla Aspidova (Rusiya), Dmitri Postelnik (Rusiya), Furkan Bakir (Türkiyə), Tatyana Şaqova (Rusiya), Vasil Zakiev (Rusiya), Fərhad Əmirbəyov (Azərbaycan), Emil Həsənli (Azərbaycan), Aleksandr Sosnovski (Rusiya), Lama Nyu (Tailand) və digər mütəxəssislər yer alır.

 

Konfrans proqramı haqqında ətraflı məlumatı buradan əldə etmək olar. 3D-avadanlıqların iş prosesinin nümayişi üçün zonada 3D Project (Azərbaycan), Inter-Technics (Azərbaycan), Consistent Software Distribution (Rusiya), Lenincraft (Rusiya) və Picaso 3D (Rusiya) kimi şirkətlərin iştirakı gözlənilir.

 

Konfransın saytı: 3dprint.az

 

Əlaqə: client@3dprint.az

 

Tel: + 7 (495) 212-11-28

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024