AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Tətbiqi riyaziyyat fakültəsində 02.03.01 – “Riyaziyyat və kompüter elmləri” istiqaməti üzrə Dövlət İmtahan Komissiyasının üzvü olub.
G.Nəbibəyova 3-12 iyun 2019-cu il tarixlərində universitetin bakalavr və magistratura pillələrinın buraxılış kurs tələbələrinin dövlət attestasiyası üzrə təşkil edilmiş Dövlət İmtahan Komissiyasının və İxtisaslaşdırılmış Müdafiə Şurasının işində iştirak edib.