Rusiyada robot-həkim konsultasiya verəcək 2019-06-18 12:30:00 / MARAQLI MƏLUMATLAR

Rusiyanın “Promobot” şirkəti pasiyentlərin ilkin tibbi sorğu və sağlamlığının qorunmasına dair tövsiyələrin verilməsi üçün xidməti tibbi robot hazırlayıb. İstehsalçıların bildirdiyinə görə, onun “konsultasiyaları” həkimlərlə müqayisədə, daha dəqiq və effektiv olacaq.

Robotun nümayiş nüsxəsi iyunun 19-dan 21-dək Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, Regionların Sosial İnnovasiyaları üzrə Üçüncü Forum çərçivəsində təqdim ediləcək.

popmech.ru saytının məlumatına görə, süni həkimin fəaliyyət göstərməsi üçün pasiyentin boyu və çəkisi kimi əsas fizioloji parametrləri haqqında məlumatları təqdim etməsi tələb olunur. Hələ ki, avtomatik həkim analiz nəticəsində müştərilərinə yalnız həyat tərzinin dəyişdirilməsi, çəkinin azaldılması və düzgün qidalanmaya dair sadə tövsiyələr verir.

“Promobot” cari il ərzində bir sıra analizləri müstəqil həyata keçirə bilən təkmilləşdirilmiş versiyanı təqdim etməyi planlaşdırır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024