Google: Möcüzə-qolbaq insan orqanizmində xərçəng hüceyrələrini aşkar edəcək 2015-02-04 09:24:44 / KONFRANSLAR

Google laboratoriyasının alimləri insan orqanizmində xərçəng hüceyrələrini və ürək-damar sisteminin müxtəlif xəstəliklərini aşkar edən xüsusi cihaz hazırlayıblar.

 

arbatcity.ru saytının məlumatına görə, mütəxəssislər tərəfindən aparılan prosedurlar təsvir olunub: insan xüsusi nanozərrəciklərdən ibarət spesifik həb qəbul edir. Bu hissəciklər mikroskopik ölçüsü sayəsində insan orqanizminə daxil olaraq zülal və hüceyrələrə maqnit kimi birləşirlər. Ekspertlər portativ qurğular vasitəsilə nanozərrəcikləri analiz edərək növbəti mərhələlərdə tədqiq edəcəklər.

 

Maraqlı məqamlardan biri də odur ki, nanozərrəciklər xərçəng hüceyrələrini aşkar edərkən parlamağa başlayır. İşığın “keçirmə qabiliyyəti”ni qiymətləndirmək üçün, alimlər süni dəridən əllər yaradıblar. Buraya həmçinin insan dərisindən olan donor hissəciklər də daxil olunub. Laboratoriya alimləri ümid edirlər ki, möcüzə-qolbağın köməyi ilə insanların sağlamlıq vəziyyətini müntəzəm olaraq qiymətləndirmək mümkün olacaq.

 

Layihə üzərində araşdırmalar davam etdirilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024