Yeni sistem robotu “düşüncə gücü ilə” idarə edəcək 2019-06-20 12:18:00 / MARAQLI MƏLUMATLAR

Kassino Cənubi Latsio Universitetinin istehsalçıları robotu idarə etmək üçün “düşüncə gücündən” istifadə etməyə imkan verən yeni sistem təqdim ediblər. Stefano Kyaverini və onun həmkarları hesab edir ki, yeni kompüter interfeysi insan üçün çox təhlükəli şəraitdə hərəkət edən maşınlara nəzarət etməyə kömək edəcək, iflic insanların həyatını asanlaşdıracaq.

nanonewsnet.ru saytının məlumatına əsasən, sistemin prototipi avtomatlaşdırılmış manipulyatordan, İMC-R300 metodundan istifadə ilə formalaşdırılan əmrlərdən istifadə edir. R300 mürəkkəb koqnitiv fəaliyyət ilə əlaqələndirilən beyin potensialının xüsusi komponentidir.

Ən sadə vəziyyətdə R300 insana təklif edilən dəstdən lazımi əmrə və ya düyməyə xəyalən fokuslanmağa imkan verir, müvafiq siqnal kompüter sisteminə ötürülür.

İtaliyalı istehsalçılar bu sxemə “yüksək səviyyəli” əmrlərin icrasını yerinə yetirən mükəmməl alqoritmləri, eləcə də RGB-D kamerasını əlavə etməyə müvəffəq olublar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024