AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “CAAI Transactions on Intelligence Technology” jurnalının redaktoru seçilib. Jurnal Mühəndislik və Texnologiyalar İnstitutu (Institution of Engineering and Technology) tərəfindən dərc olunur.
Çin Süni İntellekt Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunan jurnalda süni intellekt texnologiyalarının nəzəri və eksperimental problemlərinə həsr olunmuş məqalələrə yer verilir. Bu jurnal qlobal süni intellekt cəmiyyəti üçün nüfuzlu akademik mübadilə platformasını təbliğ edən yüksək səviyyəli beynəlxalq akademik jurnallardan biridir.