İsraildə süni intellektə malik aviabomba hazırlanıb 2019-06-25 12:58:00 / TEXNOLOJİ YENİLİKLƏR

İsrailin “Rafael” şirkəti süni intellektlə təchiz edilmiş “Spice 250” aviabombasının yaradılması və uğurla sınaqdan keçirilməsi barədə məlumat verib. Qurğu müxtəlif obyektlər arasında hədəfi tapmağa imkan verir.

hitech.newsru.com saytının məlumatına görə, hazırda planlaşdırılan bombalar müxtəlif idarəetmə sistemləri ilə təchiz edilir, lakin hədəf ətrafdakı obyektlərlə oxşardırsa, döyüş sursatı yanlış yerdə partlaya bilər. “Spice 250” bombasının özəlliyi ondadır ki, süni intellekt üçölçülü modellərdən ibarət məlumat bazası və öyrədilmiş neyroşəbəkələrin köməyilə hədəfi başqa obyektlərdən ayırd edə bilir. İstehsalçılar döyüş sursatının əsas hədəfi aşkar etmədiyi halda ikincidərəcəli hədəfin avtomatik seçilməsi imkanını tətbiq etməyi planlaşdırırlar.

Yeni İsrail aviabombasının əsas hissəsinin çəkisi 75 kq təşkil edir. Planlaşdırma üçün bükülən qanad bombaya atılma nöqtəsindən 100 kilometrə qədər məsafədə yerləşən hədəfi vurmağa imkan verir. Bundan başqa, “Spice 250” uçmazdan bir neçə saniyə əvvəl hədəfin vurulmasının ləğvetmə sistemi ilə təchiz edilib. Daxili kameradakı görüntülər isə hədəfin vurulması anına qədər qəbulediciyə translyasiya edilir. Bomba haqqında digər təfərrüatlar açıqlanmır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024