“Google Translate” servisində son illərin ən böyük yenilənməsi həyata keçirilərək əlavə reallığa əsaslanan funksiyaların – mobil qurğunun kamerası vasitəsilə tərcümə imkanının istifadəyə veriləcəyi gözlənilir.
Hazırda “Google Translate” proqramı işə salınan və smartfonun kamerası tanış olmayan dildə mətnə yönəldilən zaman ilk növbədə dil və tərcümə ediləcək mətnin seçilməsi tələb olunur. Bu isə rahat deyil.
Lakin gələcək “Google Translate” versiyasında əlavə reallıq vasitəsilə dili və şəkil üzərində mətni avtomatik müəyyənləşdirmək mümkün olacaq. Bu, istifadəçiyə proqramı işə salaraq əlavə reallıq rejimini qoşmaqla lazımi tərcüməni etməyə imkan verəcək.
Virtual reallıq funksiyası ilə işləyəcək “Google Translate” servisinin yenilənmiş versiyasının istifadəyə verilmə vaxtı barədə məlumat verilmir.