Məişət texnikası və elektronikanın istehsalında ixtisaslaşan “Hisense” şirkəti tezliklə smartfon və fotokameranı birləşdirən hibrid qurğu buraxmağa hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, bu barədə məlumat Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization, WIPO) saytının patent sənədlərində yerləşdirilib.
Məlumata görə, yeni qurğu xarici görünüşünə görə mobil qurğudan daha çox kompakt fotokameraya bənzəyir. Belə ki, böyük şəkillərdə optik zumla təchiz edilən iri obyektiv görmək mümkündür.
Korpusun əks tərəfində quraşdırılan böyük sensor ekran foto və videoçəkiliş rejimində videoaxtarış funksiyasını yerinə yetirəcək.
Ön kameraya malik olmayacaq qurğu qulaqcıq üçün 3,5 millimetrlik standart çıxış, “USB Type-C” simmetrik portu, eləcə də səsin tənzimlənməsi və enerjinin qoşulması və söndürülməsi üçün fiziki düymələr ilə təchiz ediləcək.
Patent hüququ üçün müraciət 2018-ci ildə edilsə də, sənəd yalnız indi dərc edilib.
Əlavə edək ki, hazırda “Samsung” şirkəti tərəfindən özündə smartfon və fotokamera funksiyalarını birləşdirən “Galaxy